12 May - Beynəlxalq Bitki Sağlamlığı Günü münasibətilə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ölkə üzrə həyata keçirilən silsilə tədbirlər davam etdirilir. AQTA-nın təşəbbüsü ilə növbəti tədbir Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunun ümumtəhsil müəssisələrində həyata keçirilib. Tədbir AQTA, UNICEF və Təhsil Nazirliyinin birgə əməkdaşlığı çərçivəsində reallaşan “Məktəblilərin qida bələdçiləri” pilot layihəsi çərçivəsində reallaşıb.
Foodinfo.az-ın məlumatına görə, tədbirdə sözügedən layihəni uğurla başa vuraraq, qida bələdçiləri təyin olunan mütəxəssislər tərəfindən məktəblilərə Beynəlxalq Bitki Sağlamlığı Gününün mahiyyəti, bitki sağlamlığı və mühafizəsinin kainat üçün əhəmiyyəti haqda geniş məlumat verilib. Həmçinin şagirdlərə bitki mühitinin qorunması ilə bağlı BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) və təlimatları izah olunub.
Tədbir məktəblilərin suallarının cavablandırılması ilə başa çatıb.
[gallery ids="47184,47185,47186,47187,47188,47189"]