2023-cü ilin ilk ayında uşaqlara verilən adlar açıqlanıb. Ədliyyə Nazirliyindən (ƏN) bildirilib ki, cari ildə oğlanlara ən çox Uğur, qızlara isə Zeynəb adı verilib. Oğlanlara verilən adların ilk onluğu aşağıdakı kimidir: Uğur - 36; Yusif - 28; Əli - 23; Ömər - 22; Hüseyn - 22; Adəm - 17; Raul - 16; Ayxan - 16; Tuncay - 14; Murad - 13. Qızlara verilən adların ilk onluğu isə aşağıdakı kimidir: Zeynəb - 29 Mələk - 26 Ayla - 23 Zəhra - 23 Aylin - 19 Nilay - 18 İnci - 17 Mədinə - 16 Məryəm - 15 Nuray - 14.