Biogena şirkətinin elmi redaktoru, sertifikatlı dietoloq, sağlamlıq mütəxəssisi İrina Popkova insanın normal beyin fəaliyyəti üçün hansı qidalara ehtiyacı olduğunu söyləyib. “Əvvəla, bunlar B vitaminləridir ki, birlikdə qəbul edilməlidir. Məsələn, B6 vitamini ilə birləşdirilmiş B1 vitamini sinir sisteminin vəziyyətinə müsbət təsir göstərir" deyə o, Gazeta.Ru ilə söhbətində bildirib.
Başqa bir vacib maddə lesitindir, B vitaminləri ilə birlikdə beyin toxuması tərəfindən oksigenin udulmasını yaxşılaşdırır, hüceyrə membranlarının bütövlüyünü qoruyur, konsentrasiyanı artırır.
Popkova sinir sistemi üçün faydalı elementlər arasında Q10 koenzimini, maqnezium və omeqa-3 yağ turşularını da qeyd edib.