Kristofer Nolanın yeni "Oppenheimer" filmində ordu mühəndisi Lesli Qrovs dünyanı nüvə bombası ilə məhv olunmasından nigaran olduğu bir səhnə var. Filmdə fizin Edvard Teller hesab edir ki, nüvə bombası partlamasının istiliyi Yer kürəsini məhv edəcək zəncirvari reaksiyaya səbəb olacaq. Bəs bu, reallıqda baş verə bilərmi? Nüvə silahı nə dərəcədə dağıdıcı ola bilər? Cəmi bir bomba dünyanı məhv edə bilərmi?

Foodinfo.az bununla bağlı araşdırmanı təüdim edir.

Belə ki, Narahat Alimlər İttifaqının Qlobal Təhlükəsizlik Proqramının direktoru, doktor Tara Drozdenkonun sözlərinə görə, İkinci Dünya Müharibəsi zamanı Xirosima bombasının partlayıcı gücü 15 kiloton olub, bu isə 15 000 ton trotilə bərabərdir. Həmçinin Naqasaki bombasının gücü  20 kiloton olub. ABŞ-ın əksər müasir nüvə silahları bu bombalardan 15-20 dəfə güclüdür.

Məsələn, Xirosimadakı bomba şəhərin 13 kvadrat kilometr ərazisini viran qoyub, binalarının 63%-ni dağıdıb və ən azı 70.000 insanı öldürüb.

Lakin çox güclü bombalar hazırlamaq ümumilikdə çox da praktik deyil. Çünki hətta onlardan biri belə, təyyarədən atılmayacaq qədər çox böyük olar. Hətta 50 meqaton gücə malik olsa belə, təyyarə bomba partlamamışdan əvvəl ərazini tərk edə bilərmi?

Doktor Stiven Bieqalski ən güclü bombanın planeti məhv edə biləcəyində əmin deyil.

Fərid