Boyun uzanması əsasən genetik bir miras olsa da, müəyyən mənada qidalanma tərzimizlə də bu amilə təsir göstərmək mümkündür.
Foodinfo.az Türkiyə mətbuatına istinadən boyun uzanmasına təsir göstərən ərzaqları təqdim edir:
Süd və süd məhsulları – tərkibindəki kalsium boyun uzanması üçün olduqca önəmlidir.
Meyvə və tərəvəzlər – tərkibindəki A vitamini əzələ və sümüklərin inkişafına yardım edir.
Yumurta – ağının tərkbindəki protein sözügedən prosesdə olduqca faydalıdır.
Qırmızı ət – tərkibində protein olduqca yüksəkdir. Ancaq eyni zamanda xolesterol səviyyəsini artırdığı üçün çox istehlak olunmamalıdır.
Toyuq – heyvan mənşəli qidalar arasında ən zəngin protein mənbələrindən biri sayılır. Gün ərzində 100 qrama qədər tövsiyə olunur.
Qeyd edək ki, bitkilər arasında soya və yulaf da orqanizmin proteinlə təmin olunması baxımından olduqca faydalıdır.
Nurlan