Astronomlar heyrətamiz bir kəşf ediblər.
Foodinfo.az xəbər verir ki, iki planetin eyni orbitdə hərəkət edə biləcəyi bir sistem kəşf olunub.
"PDS 70" adlı bu sistem Günəş sistemimizdən 370 işıq ili uzaqlığında yerləşir. Daha öncə orada iki nəhəng qaz ekzoplanetləri olan "PDS 70b" və "PDS 70c" kəşf edilmişdi.
İndi isə tədqiqatçılar planetlərdən birinin ətrafında fırlanan qırınlılar buludunu aşkarlayıblar. Bu da yaxınlıqda mövcud olan və ya yeni yaranan planetlə əlaqəli ola bilər.
Müşahidələrin nəticələri təsdiqlənərsə, bu, iki planetin eyni orbiti paylaşa biləcəyinin ilk sübutu olacaq.
Bu cür heyrətamiz kəşf bizə il uzunluğu və yaşayış şəraiti eyni olan dünyaları təsəvvür etməyə imkan verir ki, bu da alimlərin artıq indidən marağına və heyrətinə səbəb olur.
Natəvan