Serotonin, dopamin və endorfin kimi ləzzət hormonlarının çatışmazlığı qüssəyə və vəziyyətin pisləşməsinə səbəb ola bilər.
Foodinfo.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə rusiyalı dietoloq Yelena Solomatina xəbərdarlıq edib.
Onun sözlərinə görə, əhvalı təkcə aşiq olmaq, alış-veriş, gəzinti və ya idman yüksəltmir, həmçinin məhsullar vasitəsilə kefi açmaq olar.
“Birincisi, bədəndə antidepresan kimi fəaliyyət göstərən D vitamini çatışmazlığına aradan qaldırmalıyıq. Bu, demək olar ki, hər kəsdə olur. Belə olan halda pəhrizə yağlı balıq və ya treska qaraciyəri əlavə etmək yaxşıdır”, - deyə diyetoloq bildirib.
Solomatina həmçinin tərkibində maqnezium olan qidalara, o cümlədən tumlar, qoz-fındıq, yaşıl yarpaqlı tərəvəzlərə ehtiyac olduğunu bildirdi.
“Bəzi “B” vitaminlər qrupunun məhsullarını da unutmayaq: bunlar tam taxıllardır. Rasiona həftədə bir dəfə qaraciyər əlavə etmək də yaxşıdır. Bu komponentlər mövcud deyilsə, qüssə, darıxmaq hissi gələ bilər”, - deyə dietoloq qeyd edib.
Solomatina əhval-ruhiyyəni yaxşılaşdıra bilən məhsullar arasında yulaf əzməsi, pomidor, göbələk və hinduşka ətini də qeyd edib.
Son xəbərlər
- Kərəvizin faydaları və zərərləri
- Qəhvə həvəskarları nələrə diqqət etməlidir?
- Dəfələrlə qızdırılıb yeyilən yeməklərin orqanizmə mənfi təsirləri ola bilər
- Sosislə mədə xərçəngi arasında əlaqə sübut edildi
- Böyrək xəstəliyinin əlamətləri hansılardır?
- Gündə 1 ovuc yeyin - Ürəyə və beyinə xeyirdir