1 dekabr 2022-ci il tarixdə saat 15:00-da Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) “Təhlükəsiz qida” adlı onlayn verilişi “Facebook" sosial şəbəkəsindəki rəsmi səhifəsi üzərindən canlı yayımlanacaq. Verilişdə AQTA tərəfindən həyata keçirilən fitosanitar nəzarət tədbirlərində informasiya texnologiyalarının tətbiqi ilə bağlı izləyicilərə geniş məlumat veriləcək. Veriliş çərçivəsində fitosanitar nəzarətin gücləndirilməsi istiqamətində görülən işlər, bitkiçilik sahəsində fəaliyyət göstərən təsərrüfat subyektlərində keçirilən monitorinqlər və sahibkarlara təqdim olunan elektron xidmətlər barədə danışılacaq. Canlı yayım zamanı mövzu ilə əlaqədar sizi maraqlandıran sualları Agentliyin şöbə müdiri, respublikanın baş dövlət fitosanitar müfəttişi Taleh Şəmiyevə ünvanlaya bilərsiniz. Foodinfo.az-ın məlumatına görə, “Təhlükəsiz qida” onlayn veriliş layihəsinin reallaşdırılmasında məqsəd qida məhsulları istehlakçılarının, habelə qida zəncirinin bütün mərhələlərində fəaliyyət göstərən sahibkarların qida təhlükəsizliyi ilə bağlı maarifləndirilməsini təmin etməkdir.