Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkəyə idxal olunan qida məhsullarına nəzarət tədbirlərini davam etdirir.

Agentlikdən Foodinfo.az-a verilən məlumata görə, “Çinar Company” MMC tərəfindən Türkiyə Respublikasından idxal olunan “Ubk Karaağaç Gıda A.S” şirkətinə məxsus ümumi çəkisi 293 kq halva məhsuluna Agentliyin müfəttişləri tərəfindən keçirilən baxış zamanı götürülən nümunələrin müayinələri nəticəsində məhsul partiyasında kif-maya göbələklərinin miqdarının normadan artıq olduğu aşkar olunub.

Faktla bağlı qanunvericiliyə uyğun müvafiq qərar qəbul edilərək məhsul partiyası məhv edilib.