Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Yeni Tokat Hava Limanının və tikintisi başa çatan digər obyektlərin açılış mərasimi üçün səfər etdiyi Tokat bölgəsində yerli fermerlərlə görüşüb.
Yığıncaqda çıxış edən Tokat Arıçılar Dərnəyinin sədri Əli Dəmir bölgədə son 4 ildə mühüm obyektlərin qurulduğunu bildirib. Dəmir Tokatda açılan hava limanının da məhsulların ixarcına mühüm töhfə verəcəyini açıqlayıb.
Bal haqqında söz düşmüşkən, Ərdoğan da öz tövsiyəsini verib. O, özünəməxsus sağlamlıq reseptini bölüşüb.
“Hər axşam yatmazdan əvvəl 3-5 ədəd Mədinə xurmasını camış qatığına doğrayır, üzərinə şabalıd balı və yulaf əzməsi əlavə edib qarışdıraraq yeyib yatıram”, - deyə dövlət başçısı bildirib.
O, bu qarışımın əsl şəfa mənbəyi olduğunu da vurğulayıb.
Son xəbərlər
- Şadlıq sarayında saxta alkoqollu içkilər aşkarlandı
- Mütəxəssis soyuq mövsümdə ən yaxşı yeməkləri sadalayıb
- Yapon şirkəti yeməklərə duz dadı verən qaşıq hazırlayıb
- Alimlər "ağıllı qida" yaratmaq üçün texnologiya hazırlayıb
- Artıq çəkinin səbəbləri nədir?
- Düzgün arıqlamaq üçün nəyə diqqət etməliyik?