Hamımız həyatımızda dəfələrlə ağcaqanad dişləməsi nəticəsində dəridə qaşınma və qızartı görmüşük, bu bizi mütləq əsəbiləşdirir, qıcıqlandırır, bəs sizcə, niyə bəzi insanlar həşərat dişləməsinə daha çox məruz qalır? Sizcə, böcəklər insana yaxınlaşmaq və ya ondan qaçmaq üçün hansı amilləri nəzərə alırlar? Ağcaqanadları müəyyən insanları cəlb edən nədir?
Foodinfo.az bu yazıda yuxarıdakı sualları cavablandıracaq.
Nəfəs aldığımız zaman hamımız karbon dioksidi buraxırıq və hərəkət etdikdə bunun miqdarı artır. Məsələn, həşəratlar bizim məşqimiz zamanı ətrafdakı karbon qazının dəyişməsini aşkar edə bilirlər. Tədqiqatlar göstərir ki, müxtəlif növ həşəratlar karbon qazına fərqli reaksiya verirlər. Karbon qazının artması bir böcəyi ev sahibinə yaxınlaşmaq və ona doğru hərəkət etmək üçün xəbərdar edə bilər.
Böcəklər insanların dərisindəki və tərindəki müəyyən birləşmələrə cəlb olunur. Bu birləşmələr həşəratları cəlb edən xüsusi bir qoxu yaradır. Bu birləşmələrdən bəzilərinə laktik turşu və ammonyak daxildir. Fərqli bədən qoxuları böcəkləri müxtəlif insanları cəlb edir. Bədən qoxusu genetik səbəblərə, dəridəki bakteriyalara və bu iki faktorun birləşməsinə görə fərqli olur. Bədəndə bəzi xüsusi bakteriyaların olması həşəratları cəlb edir və ya dəf edir.
Tədqiqatlar göstərir ki, böcəklər qara rəngə daha çox cəlb olunur, lakin dəqiq səbəbi hələ də məlum deyil. Buna görə də, tünd rəngli paltar geyinirsinizsə, çox güman ki, həşəratlar sizə daha çox meyl edəcək.
Bədənimiz istilik istehsal edir, su buxarının səviyyəsi dərinin məsamələrini bağlayır, lakin məsamələrin bağlanma dərəcəsi ətrafdakı temperaturdan asılıdır. Bir böcək bizə yaxınlaşdıqda daha çox istilik və buxar hiss edir ki, bu da onun dişləmə qərarında mühüm rol oynayır. Həşəratlar istədikləri temperatura çatmaq üçün istilik mənbəyinin yaxınlığında hərəkət edirlər.
Böcəklər şüursuz olaraq bir qrup insanı daha çox bəyənə bilər. Bu problem duysal ipuçları ilə də əlaqəli ola bilər.
Araşdırmalar böcəklərin hamilə qadınları daha çox cəlb etdiyini və buna səbəb hamilə qadınların bədən istiliyinin yüksək olması və daha çox karbon qazı buraxması olduğunu göstərir.
Böcəklər üçün qan qrupu çox vacibdir. Böcəklər adətən şirin şeylərə üstünlük verirlər, lakin digər tərəfdən bütün növ həşəratlar kürü tökmək üçün çoxlu protein tələb edir və bu zülal daha çox O qan qrupunda olur. Buna görə də araşdırmalar göstərir ki, qan qrupu O olan insanlar adətən böcəklər üçün digərlərindən iki dəfə daha cəlbedici görünür.
Həşəratlar haradan dişləməyə meyllidirlər?
Ümumiyyətlə, həşəratlar çata bildikləri dərini dişləyir və onun qanından istifadə edir. Təbii ki, onlar müəyyən hissələrə daha çox üstünlük verə bilərlər. Araşdırmalara görə, onlar adətən baş və ayaq ətrafını dişləyirlər.
Şəbnəm