Cənubi Koreyada özünü evə qapayan, qapalı həyat tərzi keçirərək yaşayış yerini tərk etməyən insanlarla bağlı dövlət proqramı başladılıb. 

Foodinfo.az xəbər verir ki, bu barədə “FirstPost” yazıb.

Qeyd olunur ki, hökumət sözügedən şəxslərə maliyyə ödənişləri edəcək.

əmin şəxslər təxminən 650 min von aylıq ödəniş alacaqlar. Bu cür ödənişlər 9-24 yaşlı xarici mühitlə ünsiyyətdə yüksək diskomfort hiss edən insanlara ediləcək.