Taylandın cənubundakı bazardan alınmış uzunkonq meyvəsində gizlənən əqrəb qadını sancıb.
Foodinfo.az xəbər verir ki, bu barədə “The Thaiger” məlumat yayıb.
Əqrəb tərəfindən sancılan qadının oğlu sosial şəbəkədə başına gələnləri yazıb. Onun dediyinə görə, anası iki kiloqram meyvə alıb, evə gətirib. Qadın meyvəyə toxunduqda qəfil onu əqrəb sancdı.
Zərərçəkmiş dərhal həkimə müraciət edib. Həkimlər ona şişkinliyi aradan qaldırmaq üçün dərmanlar veribilər.
Nərmin