Hindistanın Uttarakhand əyalətində pələng fermerə hücum edib. Foodinfo.az "India Times"-a istinadən bildirir ki, yırtıcı tarlada işləyən yaşlı kişini parçalayıb.
Hadisə 2023-cü il aprelin 13-də axşam saatlarında qoruğunun yaxınlığında yerləşən Laduasan kəndində baş verib. 72 yaşlı Virendra Sinq buğda biçmək üçün evinin yaxınlığındakı tarlaya gedib. Bu zaman kolların arasında gizlənən pələng ona hücum edib. Heyvan kişini öldürüb və cəsədini hadisə yerindən təxminən 100 metr aralıda olan meşəyə sürüyüb.
Sinq yoxa çıxandan az sonra həmkəndliləri onu axtarmağa getdibər. Onlar məhəlləni bir neçə saat məşəllə daraydılar və nəhayət, meşədə öldürülmüş adamın qalıqlarını tapıblar.
Leyla