Xəstə sahibini komadan xilas edən pişik Milli Pişik Mükafatları pişik yarışmasında finalçı olub və bütün ölkədə məşhurlaşıb. Foodinfo.az xəbər verir ki, bu barədə Sky News xəbər verir.
İngiltərənin Liverpul şəhərindən olan 51 yaşlı şəkərli diabet xəstəsi Amanda Ceymson bir gecə çox aşağı qan şəkəri ilə yatdıqdan sonra huşunu itirib.
Bu baş verəndən sonra pişiyi Willow onun ayaqlarını dişləyərək televizor qarşısında yuxuya gedən Ceymsonun ortağı 57 yaşlı Rey Şervudun üzərinə tullanmağa başlayıb. O, kişini oyadıb və onu yataq otağına aparıb. Şervud Ceymsonun səsə və toxunuşa reaksiya vermədiyini aşkar ediblər. Kişi təcili yardım çağırıb.
Sahibəni qəhrəmancasına xilas edən pişik Milli Pişik Mükafatlarına namizəd göstərilib.
Nərmin