Bəlkə də, bir çoxları özünü layiqincə “ən məşhur haker” hesab edən əfsanəvi Kevin Mitnik haqqında eşidib. O, 59 yaşında xərçəng xəstəliyindən vəfat edib.
Foodinfo.az xəbər verir ki, Kevin Mitnik 1963-cü ildə anadan olub və gənclik illərindən kompüterlərə həvəs göstərib. Hakerliklə isə o, yeniyetmə yaşlarında, bu cür hərəkətlərin cinayət sayılmadığı vaxtlarda məşğul olmağa başlayıb.
Lakin 1988-ci ildə keçmiş dostu onu ələ verdikdən sonra o, məhkəmə qarşısında cavab verməli olub. Kevini etdiyi əmələ görə ciddi cəza gözləyirdi, lakin hökm üç illik nəzarət və bir il şərti azadlıqla məhdudlaşdı.
Mitnikin şöhrəti, sərgüzəştləri haqqında rəngarəng danışan, onu dövrümüzün əsas hakeri adlandıran "The New York Times" jurnalisti sayəsində sürətlə yayılmışdı.
Bundan sonra Kevin bir müddətlik yoxa çıxdı, lakin FTB agentləri onu axtarmağa başladılar. Zamanla o, hakerlikdən əl çəkdi və "KnowBe4"də işləyən tanınmış kompüter təhlükəsizliyi üzrə məsləhətçi oldu.
Fərid