Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) tərəfindən qida təhlükəsizliyi sahəsi ilə bağlı olan sahibkarlıq subyektlərinin fəaliyyətini mövcud qanunvericiliyin və beynəlxalq standartların tələblərinə uyğun təşkil etmək məqsədi ilə mütəmadi olaraq təlimlər keçirilir.
Foodinfo.az-ın məlumatına görə, növbəti nəzəri-praktiki təlim AQTİ mütəxəssisləri tərəfindən “Veysəloğlu” Məhdud Məsuliyyətli Cəmiyyətin əməkdaşları üçün “Qida istehsalında şəxsi gigiyena” mövzusunda təşkil olunub.
Təlimdə iştirakçılar qida zəncirinin bütün mərhələlərində, o cümlədən istehsal zamanı yerinə yetirilməsi zəruri olan gigiyena qaydaları barədə məlumatlandırılıb. Həmçinin onlara şəxsi gigiyena ilə əlaqədar aparılmış tədqiqatların nəticələri barədə məlumat verilib. Qida istehsalı müəssisələrində şəxsi gigiyena qaydalarına əməl edilməsinin xüsusi əhəmiyyət daşımasından bəhs olunub. Belə müəssisələrdə çalışan işçilərin bədəninin, o cümlədən əllərinin, ağzının, burnunun, saçının və saqqalının, eləcə də geyiminin təmiz saxlanılmasının vacib olduğu vurğulanıb. Təlim zamanı iştirakçıların sualları da cavablandırılıb və tədbirin sonunda onlara sertifikatlar təqdim edilib.
Son xəbərlər
- Xəstələnəndə yağlı yemək immuniteti azaldır
- AQTA-nın kollektivi 20 Yanvar şəhidlərinin xatirəsini yad edib
- Prezident İlham Əliyev 20 Yanvar şəhidlərinin xatirəsini yad edib
- Günəbaxan yağını harada saxlamaq lazımdır?
- Mehriban Əliyeva 20 Yanvarla bağlı paylaşım etdi
- Prezidentdən 20 Yanvar faciəsi ilə bağlı paylaşım