
Soya məhsulları həm vegeterianlar, həm də sağlam qidalanmaq istəyənlər arasında populyar qida hesab olunur. Foodinfo.az xəbər verir ki, bu məhsulların hormonlara mənfi təsir göstərdiyi barədə yayılan fikirlər əksər hallarda mifdir.
Amerikalı endokrinoloq Dr. Mark Messina “American Journal of Clinical Nutrition” jurnalına açıqlamasında bildirib ki, soyanın tərkibindəki fitoestrogenlər insan hormonlarını dəyişmir: “Soya məhsullarının normal miqdarda istifadəsi qadın və kişilərdə hormonal balansı pozmur”.
Əksinə, aparılan geniş tədqiqatlar göstərib ki, soya südü və digər məhsullar xolesterini azaldır, ürək-damar sağlamlığını qoruyur və sümük möhkəmliyinə müsbət təsir edir.
Mütəxəssislər soyanın təhlükəli hesab olunması barədə yayılan məlumatların elmi əsası olmadığını vurğulayır, amma həddindən artıq istehlakdan da çəkinməyi məsləhət görürlər.