Avstraliyanın Yeni Cənubi Uels əyalətinin sahillərində bir üzgüçü şüşədə 812 gün okeanda qalan və 300 kilometr yol qət edən mesaj tapıb. Foodinfo.az “Yahoo News”a istinadla xəbət verir ki, kişi onu göndərən şəxsə qaytarıb.

Scott Gutterson Vicki adlı qızın göndərdiyi mesaj şüşəsini tapıb. Həmin vaxt göndərənin on yaşı var idi. Kişi qızın atası Ted ilə əlaqə saxlamağı bacarıb.

Vikki və Ted Quttersondan mesaj alanda təəccübləniblər. Mesajı götürmək üçün onun evinə gəliblər.

Məlum olub ki, Qutterson və Vikinin atası Hərbi Dəniz Qüvvələri ilə əlaqəli olub. Söhbət etdikcə, bir çox ortaq cəhətlərin olduğunu kəşf edilib. Qutterson ümid edir ki, bu iki ailə arasında uzunmüddətli dostluğun başlanğıcı olacaq.

Fərid