Amerikanın Ayova ştatının Dubuque şəhərindən olan keçmiş avtomexanik lotereyada böyük cekpot qazanıb. Foodinfo.az xəbər verir ki, bu barədə Huffpost məlumat yayıb.

61 yaşlı Erl Leip aprelin 1-də lotereya bileti alıb və tezliklə 40 milyon dolların sahibi olduğunu anlayıb. Təqaüdçü əvvəlcə zarafat qurbanı olduğunu düşünüb. O, bileti aldığı mağazada satıcı ilə nəticəni iki dəfə yoxlamaq qərarına gəlib və yalnız bundan sonra həqiqətən varlandığına əmin olub.

Amerikalı mükafatı bütövlükdə almağa qərar verib və vergi və rüsumları ödədikdən sonra 21,28 milyon dollar alıb. Əgər o, 29 il ərzində illik ödənişlərə razılıq versəydi, tam məbləğ ona çatacaq.

Fərid