İnsanların ən çox narahat olduğu məqamlardan biri yaddaşla bağlıdır.
Foodinfo.az xəbər verir ki, ekspertlər yaddaş pozuntularına təsir göstərən məhsulun adını açıqlayıblar.
Araşdırmalar göstərir ki, darçının qoxusu belə beynimizə müsbət siqnallar ötürməyə kifayət edir.Bu məhsul beynin sağlam fəaliyyətinə zəmin yaradır. Diqqəti cəmləşdirməyi və zehni rahatlatmağa kömək edir. Tərkibindəki bir çox minerallar sayəsində təkcə yaddaş problemləri deyil, eyni zamanda bir çox xəstəliyin də qarşısını alır. Darçını bitki çaylarına, içdiyiniz suya və şirniyyatlara əlavə edərək istifadə edə bilərsiniz.