Yaponiyada polis təxminən 60 il sürücülük vəsiqəsi olmadan avtomobil idarə edən yaşlı sürücünü saxlayıb.
Foodinfo.az xəbər verir ki, bu barədə “Sankei” qəzeti məlumat yayıb.
Hyoqo prefekturasının polisi 82 yaşlı Toşiyuki İşibaşini təhlükəsizlik kəməri taxmadığına görə saxlayıb.
Polis yaşlı kişidən sürücülük vəsiqəsini göstərməsini istəyəndə, onun yanında heç bir sənədin olmadığı məlum olub.
Toşiyuki İşibaşi bildirib ki, o, 20 yaşında sürücülük vəsiqəsini itirib və o vaxtdan bəri sürücülük vəsiqəsi almayıb. Ona qarşı hansı sanksiyaların tətbiq olunacağı açıqlanmır.