Sağlam həyat tərzi və qidalanmadan başqa vərdişlərimiz də həyat səviyyəmizdə mühüm rol oynayırlar.

Foodinfo.az xəbər verir ki, xüsusilə yemək yedikdən sonra bəzi davranışlar – vərdişlər sağlamlığa ciddi fəsadlar törədə bilər.

Qeyd olunur ki, yeməkdən sonra siqaret çəkmək orqanizmə edilə biləcək ən təhlükəli şeylərdən biridir. Yemək sonrakı siqaret orqanizm üçün 10 qat daha zərərlidir.

Yeməkdən sonra uzanmaq və ya qısa yuxuya getmək zərərlidir. Bu mədədə ciddi fəsadlara səbəb ola bilər.

Yeməkdən sonra duş qəbul etmək zərərlidir. Belə ki, bu zaman bədən temperaturunu tənzimləmək üçün qan dərimizə toplanır və həzm sisteminə daha çox enerji lazım olduğundan həzm problemləri yaranır.

Yeməkdən sonra idman etmək də həzm sisteminin fəaliyyətini poza bilər.