Yeni il gecəsi dedikdə bir çoxumuzun ağlına böyük süfrə atrafında əyləşərək müxtəlif təamların dadına baxmaq gəlir. Xüsusən də, həmin süfrənin hazırlanması və təqdim edilməsi böyük zövq və diqqət tələb edir. Bəs, Yeni il süfrəsini hazırlayarkən nələrə diqqət etmək lazımdır? Foodinfo.az “Qafqazinfo”ya istinadən Yeni il süfrəsində nələrə diqqət etmənin vacib olduğunu təqdim edir: Çox çeşid, az miqdar... Yeni il gecəsi şam yeməyi uzun zamanı əhatə edir. Ona görə də qida çeşidinin bol olması vacibdir. Süfrənin zənginliyi və müxtəlif harmoniyalardan ibarət dadların birləşməsi xoş zamanın açarıdır. Ancaq ehtiyatlı olun, porsiyaları kiçik saxlayın. Çünki həddindən artıq yemək əyləncəni poza bilər. Çox yemək süfrənin dizaynını korlayacaq... Yemək masasının çeşidi çoxaldıqca, xidmət materiallarının da sayı artır. Təamların nümayiş olunduğu sahə ilə boşqablar arasındakı məsafəni yaxşı tənzimləmək lazımdır. Bu vəziyyətdən çıxmaq üçün masanın təqdimat sahəsinə kiçik miqyaslı yemək növlərini gətirmək və bitdikdən sonra əlavə etmək faydalı ola bilər. İçkilər qida ilə uyğunlaşdırılmalı... Bəzəklərlə zəngin süfrələr... Süfrənin üzərindəki rəng seçiminə uyğun olaraq müxtəlif şamdanlarla Yeni ilə uyğun zövqlü ab-hava vermək olar. Süfrənin ortasında xüsusi Milad tərtibatı olan çiçəklərlə də gözəl görünüş əldə edə bilərsiz. Stollarınızı masanıza uyğun lentlə bəzəmək də olduqca xoş görüntü yaradacaqdır.