Məhsulların minimum keyfiyyətinin və təhlükəsizliyinin, o cümlədən yararlılığının təmin edilməsi məqsədilə məhsulların saxlandığı və paylandığı yerlərdə parazitlərlə yoluxma və ya parazitlər üçün əlverişli şəraitin yaranmasının qarşısını almaq üçün beynəlxalq standartlara uyğun qabaqcıl gigiyena təcrübələri tətbiq edilməlidir.
Foodinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi tərəfindən təsdiq olunan “Qida məhsulları üzrə gigiyena tələblərinə dair qaydalar”a 2 nömrəli əlavədə (“Qida obyektlərinə dair gigiyena tələbləri”) bildirilir. Sənəddə qeyd olunur ki, parazitlərin daxil ola və yayıla biləcəyi yerlərin yaranması imkanlarının azaldılması üçün tikililər yaxşı şəraitdə və təmir olunmuş vəziyyətdə saxlanılmalıdır. Parazitlərin daxil ola biləcəyi deşiklər, novlar və digər yerlər düzəldilməlidir. Həmçinin məhsullar üçün xammal parazitlərin daxil olmasını istisna edən konteynerlərdə və ya yerdən və divarlardan aralı məsafədə saxlanılmalıdır. Qida obyektlərinin daxili və obyektin yerləşdiyi zonalara bitişik ərazilər təmiz saxlanmalıdır.