AQTA ticarət şəbəkələrində satışa çıxarılan Yeni il hədiyyə qutuları və məhsulları ilə bağlı monitorinqləri davam etdirir.
Bu barədə Foodinfo.az-a AQTA-dan məlumat verilib.
Cari ilin 11-27 dekabr tarixlərində keçirilən monitorinqlər zamanı 347 sahibkarlıq subyektində 21182 məhsula baxış keçirilib. Belə ki, 86 obyektdə qutuların üzərində etiket məlumatlarının olmadığı və yaxud düzgün aparılmadığı müəyyən edilib.
Aşkarlanan uyğunsuzluqlarla əlaqədar mövcud tələblərə cavab verməyən 3068 ədəd hədiyyə qutusu müvafiq qaydada aktlaşdırılaraq satışdan kənarlaşdırılıb. Nəzarət tədbirləri davam etdirilir.






