
Turş bir şey yemək istəyi mədə-bağırsaq traktının problemlərini göstərir. Foodinfo.az xəbər verir ki, bu barədə endokrinoloq, dietoloq və psixoloq Anton Polyakov danışıb.
"Bu, mədə şirəsinin turşuluğunun azaldılması, hipoasid qastrit ola bilər, məsələn, turşulu qida ilə bədən özünü bir az gücləndirmək, yəni mədə hüceyrələrini stimullaşdırmaq və daha çox xlorid turşusu istehsal etmək istəyir"- deyə ekspert aif.ru saytı ilə söhbətində bildirib.
Həkim qeyd edib ki, turş qidalara həvəs qida, vitamin və antioksidant çatışmazlığı olan insanlarda yarana bilər.