Məşhur britaniyalı aşpaz Meri Berri hazırlamaq istəyəcəyiniz asan şokoladlı banan keksinin reseptini paylaşıb.
Foodifo.az-ın məlumatına görə, lent.az xəbər verir ki, bu axşam üçün sadə və rahatlaşdırıcı bir şirniyyatdır.
Hazırlanması:
yetişmiş banan - 100 q;
süd – 1 xörək qaşığı;
kərə yağı - 50 q;
un - 75 q;
şəkər tozu - 75 q;
soda - 0,5;
qabartma tozu - 0,5;
yumurta - 1 ədəd;
tünd şokolad fişləri - 50 q;
tünd şokolad - 50 q.
Sobanı 140C/160C- yə qədər qızdırın. Bişirəcəyiniz qabı yağlayın. Bananı çəngəl ilə əzin və şokoladdan başqa qalan bütün ləvazimatları əlavə edin,
Xəmiri hamarlanana qədər çırpın. Hazırladığınız qarışımı tavaya əlavə edib yaxşı- yaxşı qaşıqlayın ki, üstü düzəlsin. 40-45 dəqiqə bişirin. Banan çörəyi qızılı qəhvəyi olmalıdır və qabın kənarlarından çəkilməlidir. Bişdikdən sonra 10 dəqiqə soyumağa buraxın. Əlavə bəzək üçün şokoladı kiçik parçalara ayırın və əridin. Ərinmiş şokoladı torbaya töküb, keksin yuxarı hissəsindən ziqzaq şəklində çəkin.