Yaşlandıqca kişilər potensiya ilə bağlı problemlər yaşaya bilər və onların baş vermə riskini azaltmaq üçün rasiona müəyyən qidaları daxil etmək lazımdır. 

Foodinfo.az Lent.az-a istinadla xəbər verir ki, uroloq-androloq İlnurə Aqliullina həmin qidaların adlarını sadlayıb.

Ereksiya və prostat sağlamlığını yaxşılaşdırmaq üçün Aqliulllina kişiləri müntəzəm olaraq pomidor yeməyə çağırıb. Onun tərkibində likopen və polifenol var - güclü antioksidant xüsusiyyətləri olan maddələr. Yerkökü də potensiya üçün xüsusilə faydalı ola bilər.

Həmçinin, kişilərin sağlamlığı ilə bağlı problem riskini azaltmaq üçün həkim daha tez-tez brokoli yeməyi məsləhət görüb. O, məhsulun tərkibindəki sulforafanın prostat xərçənginin qarşısının alınması üçün zəruri olan fermentlərin istehsalını təşviq etdiyini vurğulayıb.

Rasionunuza yaşıl çay əlavə etmək faydalı olacaq, uroloq əlavə edib: "Ürək üçün faydalıdır, qaraciyəri qoruyur, damarları təmizləyir, şəkərli diabetin qarşısını alır, piylərin yanmasına kömək edir, həmçinin prostat problemlərinin qarşısını alır".

Aqliulllinanın sözlərinə görə, nar şirəsi və adi su müalicəvi xüsusiyyətlərə malikdir. Susuzlaşdıqda maddələr mübadiləsi yavaşlayır, qan qalınlaşır və damarlardan daha yavaş axmağa başlayır ki, bu da qan laxtalanması və erektil disfunksiya riskini artırır, həkim xəbərdarlıq edir.