Pandemiya rəsmi olaraq hələ başa çatmayıb. Üç il ərzində milyonlarla insan bu xəstəlikdən həlak olub, planetimizin hər 12 sakinindən biri isə koronavirusa yoluxub.
Foodinfo.az Rusiya KİV-ə istinadən xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatı növbəti pandemiyanın başlanacağından ehtiyat edir.
“ÜST bir neçə yeni infeksion xəstəliyin yayılmasından xəbər verib. Bu xəstəliklər sirli bir şəkildə bütün regionlarda yayılırlar. Bu, enterovirus-2025 respirator sindromunun səbəb olduğu epidemiyadır”, - deyə qeyd olunur.
İnsanlar koronavirusla yaşamağa yenicə öyrəşsələr də, artıq alimlər yeni pandemiya ilə bağlı həyəcan təbili çalırlar.
Fərid