Miqren güclü baş ağrısıdır. Miqren tutmalarını azaltmağın ən təsirli yollarından biri isə düzgün qidalanmadır.

Foodinfo.az AQTİ-yə istinala bildirir ki, baş ağrılarını yüngülləşdirmək üçün rasiona bu vitamin və minerallar mütləq əlavə edilməlidir: 

Maqnezium: ispanaq, avokado, badam, qara lobya, kakao

B2 vitamini: yumurta, süd, göbələk, brokoli, qaraciyər

Koenzim Q10: qızılbalıq, tuna, toyuq, qaraciyər, kələm

Omega-3: qızılbalıq, sardina, kətan və chia toxumu, qoz

 D vitamini: günəş, qızılbalıq, yumurta sarısı

Miqreni yüngülləşdirmək üçün yaşıl yarpaqlı tərəvəzlər, yağlı balıqlar, tam taxıllar, qoz-fındıq və bol su içmək vacibdir.

İşlənmiş məhsullar, kolbasa və sosislər, qırmızı şərab, həddindən artıq kofein və şokolad, quru pendirlərlə qidalanma miqreni gücləndirə bilər.

Sağlam qidalanma və düzgün həyat tərzi ilə miqreni idarə edin və həyat keyfiyyətinizi yüksəldin!

Daha ətraflı videomaterialda izləyə bilərsiniz.