Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ilə Çili Respublikasının Milli Balıqçılıq və Akvakultura Xidməti və Qida Keyfiyyəti və Təhlükəsizliyi Agentliyinin nümayəndələri arasında onlayn görüş keçirilib.

Foodinfo.az xəbər verir ki, görüş zamanı iki ölkə arasında qida təhlükəsizliyi sahəsində əməkdaşlığın inkişaf etdirilməsi, eləcə də ticarət əlaqələrinin genişləndirilməsi məsələləri müzakirə olunub.

Tərəflər balıqçılıq məhsullarının idxalı ilə bağlı mövcud prosedurlar və hər iki ölkənin səlahiyyətli qurumları arasında qida təhlükəsizliyi sistemlərinin ekvivalentliyinin tanınması məsələləri ətrafında fikir mübadiləsi aparıblar.

Görüşün sonunda qarşılıqlı maraq doğuran digər məsələlər də nəzərdən keçirilib və əməkdaşlığın gələcək inkişaf perspektivləri müzakirə olunub.