Səhər oyandıqdan sonra acqarına su içmək uzun illərdir sağlam həyat tərzinin bir hissəsi kimi tövsiyə edilir. Bu vərdiş orqanizmin normal fəaliyyətini dəstəkləyir, lakin onun haqqında yayılan bütün iddialar elmi cəhətdən təsdiqlənməyib.

Foodinfo.az xəbər verir ki, kifayət qədər su qəbulu bədənin maye balansını qorumağa, həzm sisteminin normal işləməsinə və gün ərzində susuzlaşmanın qarşısını almağa kömək edir. 

Bununla belə, acqarına su içməyin maddələr mübadiləsini möcüzəvi şəkildə sürətləndirdiyi və ya sürətli arıqlama yaratdığı barədə iddialar elmi sübutlarla təsdiqlənmir.

Gün ərzində kifayət qədər su qəbul etməyin daha vacib olduğunu vurğulayırlar. Su içmək üçün ən doğru vaxt isə insanın susuzluq hissi və gündəlik ehtiyacından asılıdır.