Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) respublika ərazisində karantin obyekti olan zərərli orqanizmlərin yayılmasının qarşısının alınması və mübarizə tədbirlərinin təşkili məqsədilə fitosanitar monitorinqləri davam etdirir.
Foodinfo.az-ın xəbərinə görə, Agentliyin fitosanitar müfəttişləri tərəfindən Şəki regional bölməsinin inzibati ərazi vahidinə daxil olan rayonlarda yerləşən xurma və alma məhsullarının istehsalı müəssisələrinə, həmçinin məhsulların saxlanc anbarlarına baxış keçirilib. Aparılan monitorinqlər zamanı meyvələrin zərərvericilərlə sirayətlənməsi, istehsal zamanı hansı pestisidlərdən və aqrokimyəvi maddələrdən istifadə olunması, həmçinin anbarların fəaliyyət sahəsinə uyğunluğu yoxlanılıb.
Monitorinqlər zamanı sahibkarlara maarifləndirici məlumatlar verilib. Eyni zamanda müayinələrin aparılması üçün məhsullardan götürülən nümunələr Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına təqdim olunub.
[gallery ids="42461,42462,42463,42464"]
Son xəbərlər
- Ət üçün daha ucuz və sağlam əvəzedici
- Kişi timsahla “döyüşərək” həyatını xilas edib
- Kosmetoloq dəri üçün faydalı və zərərli məhsullardan danışıb
- İmmuniteti gücləndirən məhsulları siz də tanıyın
- Diyetoloq keyfiyyətsiz qozun zərərlərindən danışıb
- Ən faydalı göbələk: Çox antioksidant ehtiva edir