Martın 17-də Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli və Belarus Respublikasının kənd təsərrüfatı və ərzaq naziri Krupko İvan İvanoviç arasında görüş keçirilib.
Foodinfo.az xəbər verir ki, videokonfrans formatında keçirilən görüşdə AQTA sədri son dövrlərdə Azərbaycanda qida təhlükəsizliyinin inkişafı istiqamətində həyata keçirilən islahatlar, Agentlik tərəfindən görülən işlər, eyni zamanda qida təhlükəsizliyinin təmin olunması ilə bağlı qəbul olunmuş qərarlar barədə məlumat verib. Azərbaycan Respublikası ilə Belarus Respublikası arasında qida təhlükəsizliyi, baytarlıq və fitosanitar sahələr üzrə ikitərəfli əməkdaşlığın inkişaf perspektivlərinə toxunan Q.Təhməzli iki ölkə arasında genişləndirilməsi nəzərdə tutulan təcrübə mübadiləsinin birgə əməkdaşlığa töhfə verəcəyini vurğulayıb.
Tədbirdə iki ölkə arasında qida məhsullarının idxal-ixracı əməliyyatları və Azərbaycan Respublikasından Belarus Respublikasına qida məhsullarının hazırki ixrac imkanları ilə bağlı fikir mübadiləsi aparılıb.
Belarus Respublikasının kənd təsərrüfatı və ərzaq naziri Krupko İvan İvanoviç iki ölkə arasında baytarlıq, bitki mühafizəsi və karantini, həmçinin qida təhlükəsizliyi sahələrində əməkdaşlığın inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayıb və bu istiqamətdə müsbət nəticələrin əldə olunacağına ümidvar olduğunu diqqətə çatdırıb.
Daha sonra iki ölkə arasında qida təhlükəsizliyi sahəsində əməkdaşlığın genişləndirilməsi məqsədilə gələcəkdə imzalanması nəzərdə tutulan saziş layihəsinin hazırlanması və qarşılıqlı intensiv fəaliyyətin təmin olunması üçün işçi qrupun yaradılması ilə bağlı razılıq əldə olunub.
Son xəbərlər
- Həkim xurmanın ölümcül təhlükəsi barədə xəbərdarlıq edib
- Arıqlamaq və 20 il daha uzun yaşamaq üçün ideal səhər yeməyi
- Dostlarının yemək qalıqlarını yemədiyi üçün sevgilisindən ayrıldı
- 15 il ərzində hər gün eyni şeyi yeyir - SƏBƏB
- Mükəmməl şorbanın düsturu məlum oldu
- Qadın meşədən bahalı göbələk tapdı