Martın 19-da Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli Türkiyə Respublikasının Kənd Təsərrüfatı və Meşə Nazirliyinin Kənd Təsərrüfatı Tədqiqatları və Siyasətləri Baş İdarəsinin rəhbəri Nevzat Birişiki qəbul edib. Foodinfo.az xəbər verir ki, AQTA sədri qardaş ölkə ilə qida təhlükəsizliyi, bitki və heyvan sağlamlığı sahələrində əməkdaşlığın əhəmiyyətini vurğulayıb, bu sahədə fəaliyyət göstərən laboratoriyaların təkmilləşdiriləsi və birgə elmi-tədqiqat işlərinin aparılmasının ölkəmizdə müvafiq istiqamətlər üzrə kadr potensialının gücləndirilməsinə tövfə verəcəyini bildirib. Görüşdə bitki sağlamlığı və fitosanitar nəzarətin təmin edilməsi, həmçinin pestisid və gübrələrin qeydiyyatı sisteminin qurulması üzrə təcrübə mübadiləsinin həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb. Səmimi qəbula görə təşəkkür edən türkiyəli qonaq iki ölkə arasında bitki mühafizəsi və karantini, həmçinin qida təhlükəsizliyi sahəsində əməkdaşlığın inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayıb və bu istiqamətdə öz səylərini əsirgəməyəcəyini bildirib. Tədbirin sonunda Türkiyə Kənd Təsərrüfatı Tədqiqatları və Siyasətləri Baş İdarəsi ilə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) arasında “Kənd təsərrüfatı və qida təhlükəsizliyi sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu"nun imzalanması ilə bağlı zəruri tədbirlərin həyata keçirilməsi barədə razılığa gəlinib. [gallery ids="35529,35530,35531"]