Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) qabaqcıl ölkələrin təcrübəsinin öyrənilməsi, habelə qarşılıqlı bilik və təcrübə mübadiləsinin həyata keçirilməsi məqsədilə beynəlxalq təşkilatlarla əməkdaşlığının genişləndirilməsi istiqamətində işləri davam etdirir.
Foodinfo.az-ın məlumatına görə, əməkdaşlıq əlaqələrinin müzakirəsi və məlumat mübadiləsinin həyata keçirilməsi məqsədilə 14 oktyabr 2021-ci il tarixində AQTİ ilə “Ferrero” şirkətinin Keyfiyyətə nəzarət departamentinin nümayəndələri arasında görüş keçirilib.
Görüş çərçivəsində tərəflər analiz nümunələrinin qəbulu, idarə edilməsi üzrə əməkdaşlıq əlaqələrinin qurulması və Türkiyə Respublikasının təcrübəsinin öyrənilməsi, o cümlədən gələcəkdə qarşı tərəfin nümayəndələrinin AQTİ laboratoriyalarına səfərlərinin təşkil edilməsi ilə bağlı razılığa gəliblər.
Son xəbərlər
- Ət üçün daha ucuz və sağlam əvəzedici
- Kişi timsahla “döyüşərək” həyatını xilas edib
- Kosmetoloq dəri üçün faydalı və zərərli məhsullardan danışıb
- İmmuniteti gücləndirən məhsulları siz də tanıyın
- Diyetoloq keyfiyyətsiz qozun zərərlərindən danışıb
- Ən faydalı göbələk: Çox antioksidant ehtiva edir