Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) ilə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Genetik Ehtiyatlar İnstitutu arasında Anlaşma Memorandumu imzalanıb.
Foodinfo.az-ın məlumatına görə, memorandumda pedaqoji, elmi-tədqiqat işlərinin və müştərək layihələrin hazırlanması və həyata keçirilməsi, müvafiq sahələrdə yüksək ixtisaslı kadrların hazırlanması və təminatı sisteminin yaxşılaşdırılması, tələbə və mütəxəssislərin AQTİ-də aparılan elmi tədqiqat işləri və tədqiqat laboratoriyaları ilə tanışlığı, eləcə də digər istiqamətlərdə əməkdaşlığın genişləndirilməsi nəzərdə tutulur.
Əməkdaşlıq çərçivəsində elmi-tədqiqat işlərinin və müştərək layihələrin həyata keçirilməsi, yerli, regional və beynəlxalq tədbirlərinbirgə təşkili, həmçinin qarşılıqlı maraq doğuran digər məlumat mübadiləsi planlaşdırılır.
Anlaşma Memorandumunun məqsədi qarşılıqlı faydalı əməkdaşlığı təşviq etmək və təcrübə mübadiləsini gücləndirməkdir.
Son xəbərlər
- Kişi timsahla “döyüşərək” həyatını xilas edib
- Kosmetoloq dəri üçün faydalı və zərərli məhsullardan danışıb
- İmmuniteti gücləndirən məhsulları siz də tanıyın
- Diyetoloq keyfiyyətsiz qozun zərərlərindən danışıb
- Ən faydalı göbələk: Çox antioksidant ehtiva edir
- Bu qida ilə yuxu zamanı bədən "bərpa olunur" və cavanlaşır