Qida təhlükəsizliyi sahəsində kadr potensialının gücləndirilməsi, laboratoriya əməkdaşlarının peşəkarlıqlarının artırılması məqsədilə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun mütəxəssislərinin mütəmadi olaraq yerli və beynəlxalq təlimlərdə iştirakı təmin edilir.
Foodinfo.az xəbər verir ki, növbəti belə təlim Türkiyənin Bitki Mühafizə Mərkəzi Tədqiqat İnstitutunun virusoloqu Üftade Güner tərəfindən İnstitutunun Mərkəzi Fitosanitar Laboratoriyasının virusoloq və molekulyar bioloqları ilə keçirilib.
Təlimin keçirilməsində məqsəd bitki və bitkiçilik məhsullarında virus və viroidlərin törətdiyi xəstəliklərin təhlükəliliyi nəzərə alınmaqla fitosanitar sahədə virusoloji müayinələrdə seroloji və molekulyar üsulların tətbiqinin genişləndirmək, həmin üsulları verifikasiya etmək, bu sahədə AQTİ mütəxəssislərinin bilik və bacarıqlarını artırmaqdır.
Təlimin praktiki hissəsində AQTİ mütəxəssisləri fitosanitar risk daşıyan fitopatogen virusların müayinəsini aparıblar.
[gallery ids="35497,35498"]
Son xəbərlər
- Həkim xurmanın ölümcül təhlükəsi barədə xəbərdarlıq edib
- Arıqlamaq və 20 il daha uzun yaşamaq üçün ideal səhər yeməyi
- Dostlarının yemək qalıqlarını yemədiyi üçün sevgilisindən ayrıldı
- 15 il ərzində hər gün eyni şeyi yeyir - SƏBƏB
- Mükəmməl şorbanın düsturu məlum oldu
- Qadın meşədən bahalı göbələk tapdı