Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Mərkəzi Fotosanitar laboratoriyasının mütəxəssislərinin Rusiya Federasiyasında təcrübə səfəri davam edir. Səfər çərçivəsində AQTİ mütəxəssisləri entomologiya və virusologiya laboratoriyalarında aparılan müayinə prosesii ilə tanış olub, entomologiya laboratoriyasında zərərverici həşərat və gənələrin aşkarlanması, identifikasiyası üsullarının inkişafı və təkmilləşdirilməsi ilə bağlı qarşılıqlı təcrübə mübadiləsi aparıblar.
Foodinfo.az xəbər verir ki, təcrübə səfəri çərçivəsində karantin zərərvericilərinin siyahısına daxil edilmiş bitki zərərvericiləri üçün diaqnostik protokolların hazırlanması ilə bağlı təkliflər müzakirə olunub. Həmçinin, həşəratların molekulyar səviyyədə real vaxt rejimində PZR metodu əsasında təyini üçün identifikasiya prosesi həyata keçirilib.
AQTİ mütəxəssisləri Rusiyalı həmkarları ilə birgə xüsusi karantin əhəmiyyətli fitopatogen virus xəstəliklərilə mübarizə və laboratoriyada aparılan diaqnostik metodlara dair müzakirələr aparıb, həmçinin virusologiya laboratoriyasında seroloji və molekulyar metod ilə həyata keçirilən virusoloji müayinələrdə iştirak ediblər.
Son xəbərlər
- Həkim xurmanın ölümcül təhlükəsi barədə xəbərdarlıq edib
- Arıqlamaq və 20 il daha uzun yaşamaq üçün ideal səhər yeməyi
- Dostlarının yemək qalıqlarını yemədiyi üçün sevgilisindən ayrıldı
- 15 il ərzində hər gün eyni şeyi yeyir - SƏBƏB
- Mükəmməl şorbanın düsturu məlum oldu
- Qadın meşədən bahalı göbələk tapdı