Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinə qida təhlükəsizliyi üzrə peşəkar layihələndirmə xidməti təklif edir.
İnstitutdan Foodinfo.az-a bildirilib ki, layihələndirmə xidməti sahibkarlıq subyektinin yaradılmasından əvvəl qida təhlükəsizliyi ilə bağlı normativ texniki sənədlərin işlənib hazırlanması, həmçinin istehsal prosesinin texnoloji təşkilini əhatə edir. Xidmət çərçivəsində yerli və beynəlxalq standartlara uyğun olaraq müəssisənin layihələndirilməsi, istehsal istiqamətindən asılı olaraq texnoloji axının qurulması, çirkli və təmiz zonaların qurulması və zonalararası sanitar keçidlərin təyini, tullantıların idarə olunması sisteminin tətbiqi həyata keçirilir. Eyni zamanda xidmətdən istifadə edən sahibkarlıq subyektləri üçün havalandırma sistemi, su təchizati və kanalizasiya sistemi texnoloji cəhətdən layihələndirilir.
Peşəkar mütəxəssislər tərərfindən təklif olunan emal müəssisəsi, anbar, ictimai iaşə müəssisəsi və digər obyektlərin layihələndirilməsi zamanı bütün proseslərdə qida təhlükəsizliyinin qorunması, həmçinin layihənin beynəlxalq qida təhlükəsizliyi norma və aktlarına uyğunluğu təmin olunur. Qida emalı müəssisələrinin beynəlxalq və yerli qida təhlükəsizliyi qanunvericiliyi normaları üzrə layihələndirilməsi qida emalı üzrə əməliyyatların texnoloji ardıcıllığa uyğun qurulmasına imkan yaradır.
Qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektləri qida təhlükəsizliyi üzrə peşəkar layihələndirmə xidmətindən istifadə etmək üçün İnstitutun (012) 377-00-20 (daxili 553) nömrəli əlaqə vasitəsilə müraciət edə bilərlər.
Qeyd edək ki, AQTİ qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinə qida təhlükəsizliyinə dair elmi, texniki və praktiki konsultasiya, həmçinin qida təhlükəsizliyi göstəriciləri üzrə tədqiqat xidmətləri göstərir.
[gallery ids="36275,36276,36277,36278"]
Son xəbərlər
- Həkim xurmanın ölümcül təhlükəsi barədə xəbərdarlıq edib
- Arıqlamaq və 20 il daha uzun yaşamaq üçün ideal səhər yeməyi
- Dostlarının yemək qalıqlarını yemədiyi üçün sevgilisindən ayrıldı
- 15 il ərzində hər gün eyni şeyi yeyir - SƏBƏB
- Mükəmməl şorbanın düsturu məlum oldu
- Qadın meşədən bahalı göbələk tapdı