Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) ölkəmizdə qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində beynəlxalq təşkilatlarla əməkdaşlığı davam etdirir.
Foodinfo.az-ın məlumatına görə, 16 fevral 2021-ci il tarixdə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu ilə Avropa Qida Təhlükəsizliyi Qurumunun (EFSA) nümayəndələri arasında videokonfrans formatında növbəti görüş keçirilib. Görüşdə AQTİ-də qida təhlükəsizliyi, baytarlıq və fitonasitar sahədə aparılan və planlaşdırılan elmi-tədqiqat işləri ilə bağlı məlumat verilib. Eyni zamanda İnstitutda həyata keçirilən tədqiqat işləri və peşəkar kadrların formalaşdırılması istiqamətində EFSA-nın dəstəyinin təmin edilməsinə dair fikir mübadiləsi aparılıb.
Görüş çərçivəsində AQTİ və EFSA arasında Anlaşma Memorandumunun imzalanmasına dair müzakirələr aparılıb.