"Araz Supermarket" Tikinti xərclərinə nəzarət mühəndisliyi vəzifəsinə işçi axtarır. 23 yanvar 2022-cil son tarixdir. Foodinfo.az-ın məlumatına görə, tələblər aşağıdakılardan ibarətdir:
  • Ali təhsil;
  • Müvafiq sahədə  2 il və daha artıq iş təcrübəsi;
  • Məsuliyyətlilik, operativlik, dəqiqlik, komanda ilə işləyə bilmə bacarığı.
  • MS Office (Word, Excel, PowerPoint, Outlook), AutoCAD
Vəzifə öhdəlikləri:
  • Layihələrin smetalarını tərtib etmək
  • Layihə işlərini aparan fiziki və hüquqi şəxslərlə mütəmadi əlaqə saxlayaraq işlərin icrasına nəzarəti həyata keçirmək
  • Layihədən kənarlaşmaları, qüsurları və digər problemləri vaxtında aşkarlamaq və düzəliş edilməsini həyata keçirmək
  • İstifadə olunan tikinti materialları ilə bağlı keyfiyyət və qiymət araşdırmalarını həyata keçirmək
  • Təhvil-təslim aktlarının qəbul edilməsilə bağlı bütün fəaliyyətləri həyata keçirmək
  • İcraçıların sifarişçi tərəfindən ehtiyac və istəklərini aidiyyəti bölmələrə çatdırılmasını həyata keçirmək
  • İşin icrası başa çatandan sonra bütün icraçılardan işin təhvil-təslim aktı ilə qəbul olunmasını tələb etmək
  • İşin icrası zamanı ləngimələr müşahidə olunduqda səbəblərini araşdırıb birbaşa rəhbərə məlumat vermək
  • İş fəaliyyətinə uyğun olaraq birbaşa rəhbəri tərəfindən bildirilən digər tapşırıqları vaxtında və düzgün şəkildə yerinə yetirmək
Təminatlar:
  • Nahar ilə təmin edilmə;
  • Əmək bazarına uyğun rəqabətli əmək haqqı;
  • 5 günlük iş qrafiki;
  • Servis xidməti.
Vakansiya ilə bağlı müraciət etmək istəyənlər “Tikinti xərclərinə nəzarət mühəndisi” adını mövzu hissəsində qeyd etməklə CV formalarını elektron poçt ünvanına göndərə bilərlər.