"Qida Təhlükəsizliyi Agentliyi tərəfindən “Yaxılabilən yağlar, marqarinlər və qatı yağlara dair sanitariya norma və qaydaları” sənəd layihəsi hazırlanıb".
Foodinfo.az xəbər verir ki, bunu Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli 2021-ci ilin 9 ayı ərzində Agentliyin fəaliyyətinə dair mətbuat konfransında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, həmin sənəddə yağ məhsullarında trans-yağ turşularının miqdarının məhsulun ümumi yağ tərkibinin 2%-dən az olmasını tənzimləyən müddəalar öz əksini tapıb: "Hazırlanmış sanitariya norma və qaydalarının bu yaxınlarda qəbul edilməsi nəzərdə tutulur. Bu da həm yerli yağ istehsalçılarından, həm də idxalçılardan yağların tərkibində trans-yağ turşularının 2%-ə endirilməsini tələb edəcək".
Son xəbərlər
- Ət üçün daha ucuz və sağlam əvəzedici
- Kişi timsahla “döyüşərək” həyatını xilas edib
- Kosmetoloq dəri üçün faydalı və zərərli məhsullardan danışıb
- İmmuniteti gücləndirən məhsulları siz də tanıyın
- Diyetoloq keyfiyyətsiz qozun zərərlərindən danışıb
- Ən faydalı göbələk: Çox antioksidant ehtiva edir