2021-ci ilin yanvar-noyabr aylarında istehlak bazarında qiymətlər ötən ilin eyni dövrü ilə müqayisədə 6,2 faiz artıb. Ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə artım 7,4 faiz olub.
Foodinfo.az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi rəqəmlərə əsasən, cari ilin noyabr ayında istehlak səbətinə daxil olan məhsul və xidmətlərin dəyəri 1,5 faiz, 2020-ci ilin noyabr ayına nisbətən isə 11,1 faiz artıb.
Ötən ilin noyabr ayı ilə müqayisədə 2021-ci ilin noyabr ayında çörək, çörək məmulatları və yarmalar 9,5 faiz, ət və ət məhsulları 3,5 faiz, balıq və balıq məhsulları 10,3 faiz, süd və süd məhsulları, yumurta 13,3 faiz, kərə və bitki yağları 12,5 faiz, meyvələr 11 faiz, tərəvəzlər 59,1 faiz, qənd, cem, bal, şokolad və konfetlər 12 faiz, digər kateqoriyalara aid edilməyən ərzaq məhsulları 8,9 faiz, çay, qəhvə və kakao 7,9 faiz, mineral sular, sərinləşdirici içkilər və şirələr 6,5 faiz, araq, konyak 3,6 faiz, çaxır 5,8 faiz, pivə 4,1, tütün məmulatları 8,2 faiz bahalaşıb.
Son bir ay ərzində (noyabr) qiymətində 3 faizdən çox artım müşahidə olunan ərzaq məhsullarından xüsusilə ağartıları - süd, qatılaşdırılmış süd, yoğurt, xama, qatıq, ayran, pendir növləri, kəsmik, yumurta və kərə yağı qeyd etmək lazımdır. Həmçinin ölkədə bir ay ərzində qarabaşaq yarmasının, meyvələrdən banan, armud, qurudulmuş meyvələrdən əriyin qiymətində artım olub. Çərəzlərdən qoz, tərəvəzlərdən ağ kələm, xiyar, pomidor, badımcan, şirin bibər, sarımsaq, soğan, kartof, qara noxud, mərci və şəkər tozunun qiyməti daha çox artıb.
Aşağıdakı fotolarda ərzaq məhsullarının 2021-ci ilin noyabr ayındakı orta aylıq qiymətləri və 2020-ci ilin noyabr aylarındakı orta aylıq qiymətləri əks olunub, qiymətlə manatla ifadə olub:
[gallery ids="43043,43044,43045,43046,43047,43048,43049,43050"]
Son xəbərlər
- Kosmetoloq dəri üçün faydalı və zərərli məhsullardan danışıb
- İmmuniteti gücləndirən məhsulları siz də tanıyın
- Diyetoloq keyfiyyətsiz qozun zərərlərindən danışıb
- Ən faydalı göbələk: Çox antioksidant ehtiva edir
- Bu qida ilə yuxu zamanı bədən "bərpa olunur" və cavanlaşır
- Bu məhsulu qışda ürək və qan damarlarının sağlamlığı üçün yemək lazımdır