Bakının Nərimanov rayonunda yanğın baş verib.
Foodinfo.az-ın məlumatına görə, APA xəbər verir ki, hadisə Heydər Əliyev prospektində qeydə alınıb.
Böyük bir ərazidə yerləşən meyvə-tərəvəz bazasında başlayan yanğın əvvəlcə tüstü ilə müşahidə edilib. Daha sonra yanğının miqyası genişlənib.
Əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinə məxsus yeddi texnika və xeyli sayda canlı briqada cəlb edilib. Yanğın söndürülüb və hazırda soyutma işləri aparılır.
Alovun digər ərazilərə keçməsinin qarşısı alınıb.
Son xəbərlər
- Ət üçün daha ucuz və sağlam əvəzedici
- Kişi timsahla “döyüşərək” həyatını xilas edib
- Kosmetoloq dəri üçün faydalı və zərərli məhsullardan danışıb
- İmmuniteti gücləndirən məhsulları siz də tanıyın
- Diyetoloq keyfiyyətsiz qozun zərərlərindən danışıb
- Ən faydalı göbələk: Çox antioksidant ehtiva edir