5 fevral 2021-ci il tarixində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ilə Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin nümayəndə heyətləri arasında videokonfrans formatında görüş keçirilib. Foodinfo.az-ın məlumatına görə, görüşdə Rusiya Federasiyasından ölkəmizə idxal olunan taxıl məhsulları və Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin "Arqus-Fito" Federal Dövlət İnformasiya Sistemi ilə AQTA-nın Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi İnformasiya Sisteminin (AQTİS) inteqrasiyası, çevik məlumatlandırma sisteminin yaradılması, fitosanitar sertifikatların elektron mübadiləsi və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb. [gallery ids="34322,34323"]