Beynimiz də bizim istifadə etdiyimiz qidalarla bəslənir. Bu baxımdan həkimlər beynimizə fayda verəcək bir çox məhsulları tövsiyə edirlər. 
Foodinfo.az Türkiyə KİV-ə istinadən həmin məhsulları açıqlayır. 

Omeqa-3 beyin funksiyaları üçün mühüm bir qida mənbəyidir. B vitamini qatıq, ət, balıq və yaşıl yarpaqlı tərəvəzlərdə mövcuddur. Bu məhsulları normalara uyğun istifadə etmək beyin sağlamlığına fayda verir. Soğan yaddaşı gücləndirir, Altsheymer və demansiya kimi qavrama və yaddaş problemlərinə qarşı insan orqanizmini qoruyur. 


Yumurtanın tərkibində beynin yaddaş hissəsi üçün lazım olan A, D, B12 və B qrupu digər vitaminlər var. 


Həmçinin su, qaragilə və kivi də insan beyni üçün olduqca mühüm təsirə malikdir.

Leyla