“Bitki yağının, şəkərin qiymətinin artması daha da sürətlənib”.
Foodinfo.az xəbər verir ki, bunu Mərkəzi Bankın sədri Elman Rüstəmov parlamentin bu gün keçirilən plenar iclasında deyib.
“Sorğular nəticəsində əhalinin cəmi 4,1-dən az hissəsi inflyasiyanın artmasını gözləyir”, - o vurğulayıb.
Elman Rüstəmov əlavə edib ki, bu il ölkədə fiskal sabitlik təmin edilib: "Dövlət borcunun səviyyəsi məqbuldur, tədiyyə balansı profisitlidir”.
Bunda başqa, baş bankir deyib ki, Azərbaycanın milli valyutasının məzənnəsi sabitdir: “Cari ilin əvvəlindən pul bazası artıb. Bütövlükdə iqtisadi artımın bərpası və infilyasiyanın sürətlənməsi baş verir”.
“Cari ildə maliyyə və bank sektoru maliyyə sabitliyini qoruyub”, - Elman Rüstəmov parlamentin bu gün keçirilən plenar iclasında gələn ilin dövlət büdcəsi zərfinin müzakirəsi zamanı deyib.
“Vaxtı keçmiş kreditlər 5 faiz azalıb. Kredit portfeli isə 10 faiz artıb”, - o vurğulayıb.
Son xəbərlər
- Ət üçün daha ucuz və sağlam əvəzedici
- Kişi timsahla “döyüşərək” həyatını xilas edib
- Kosmetoloq dəri üçün faydalı və zərərli məhsullardan danışıb
- İmmuniteti gücləndirən məhsulları siz də tanıyın
- Diyetoloq keyfiyyətsiz qozun zərərlərindən danışıb
- Ən faydalı göbələk: Çox antioksidant ehtiva edir