Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) pandemiya dövrünün tələblərinə, bu sahədə müvafiq qanunvericiliyin icrasına, həmçinin yeni növ koronavirusun (COVID-19) profilaktikasına dair Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin icrasına nəzarət məqsədilə ictimai iaşə obyektlərində reydləri davam etdirir. Agentlikdən Foodinfo.az-a verilən məlumata görə, nəzarət tədbirləri çərçivəsində 2021-ci il oktyabrın 18-də ölkə üzrə 399 ictimai iaşə obyektində 689 monitorinq keçirilib. Monitorinqlər zamanı müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub. Aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb. Pozuntular aşkar edilmiş ictimai iaşə müəssisələri aşağıdakılardır: 1. Bakı şəhəri, Nərimanov ‎rayonu, Ə. Rəcəbli küç., ev 3 ünvanında yerləşən, hüquqi şəxs "Şah-Ət" MMC-yə məxsus “Şah Ət” kafesi; 2. Bakı şəhəri, Səbail ‎rayonu, İstiqlaliyyət küç., ev 49m ünvanında yerləşən, fiziki şəxs Abbasov Ramiz Aydın oğluna məxsus dönər evi; 3. Bakı şəhəri, Xətai ‎rayonu, Sareyeva küç., ev 12 ünvanında yerləşən, hüquqi şəxs "Shazelı Group" MMC-yə məxsus restoran; 4. Bakı şəhəri, Xətai ‎‎rayonu, Bəhruz Nuriyev küçəsi 14 ünvanında yerləşən, fiziki şəxs Abdullayev Tural Abdul oğluna məxsus kafe; 5. Bakı şəhəri, Sabunçu‎‎ ‎rayonu, Babək küçəsi 223 ünvanında yerləşən, fiziki şəxs Mehdiyev Nəriman Qiyas oğluna məxsus kafe. Qeyd edək ki, AQTA tərəfindən Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektlərində monitorinqlərin miqyası genişləndirilib. Hazırda AQTA müfəttişləri tərəfindən respublika üzrə monitorinqlər davam etdirilir və qaydalara əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcəkdir.